Böyrək çatışmazlığından əziyyət çəkən gənc aktyora donor tapılıb

Böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun səhhəti ağır olaraq qalır. R.Rəhimov “Report”a açıqlamasında deyib ki, hazırda müalicəsi davam edir. 

O bildirib ki, xəstəliyinin əsas səbəbi kreatinin yüksək olmasıdır: "Kreatin aşağı düşsə, böyrəklərimin fəaliyyəti artacaq. Sonuncu müayinədən həkimlər böyrəklərimin fəaliyyətinin 2 faiz artığını və 31 faizə qalxdığını dedilər. Əvvəlki göstəricilər 29 faiz idi. Həkimlər ən yaxşı göstərici kimi böyrəklərin fəaliyyətinin 40 faizə qalxmasını göstərirlər. Əgər belə olsa, əməliyyatın müddətini bir qədər də uzatmaq olar". 
R.Rəhimov qeyd edib ki, hazırda ağır müalicə alır: "Ciddi pəhrizdə olduğuma görə çəkim xeyli azalıb. Yenə də ümidimi üzmürəm. Həkimlər deyirlər ki, orqanizmdən çox şey asılıdır. Belə xəstəliklə 6 ay, bir il böyrəkləri dəyişdirilmədən yaşayan adamlar var. Amma təbii ki, bu müvəqqətidir. Sonda yenə də əməliyyat və böyrək köçürülməsi zəruridir. Yaxın adamlardan biri donor olmağa razılıq verib". 
Aktyor deyib ki, əməliyyatla bağlı son qərar sentyabrda veriləcək: "Həmin vaxta qədər müalicəm davam edəcək. Növbəti həkim yoxlamasından avqustun 2-də keçəcəm".
R.Rəhimov bildirib ki, xəstəliyi ağır olduğuna görə müalicəsi böyük vəsait tələb edir: "Hər ay müalicəmə 1000 manat pul xərclənir. 3 aydır işləyə bilmirəm. Bu mənə çox ağır gəlir. Hər zaman işləyən adam olmuşam. İndi mənə çox ağırdır".

Tarix: 13 İyul 2016 / 13:18
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Bakıda DƏHŞƏTLİ QƏTL: kürəkən arvadını və qayınanasını bıçaqlayaraq yandırıb

Bakıda yol polisini avtomobil vurub

Prezident İlham Əliyev: "Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir"

Prezident: “İqtidarda olan bəziləri islahatlara qarşı çıxır”- Video

Azərbaycan Prezidenti: “Şişirdilmiş rəqəmlər versələr, öz cəzalarını alacaqlar”

"Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır

Sumqayıtda qızıl oğruları tutulub

Tovuzda iki avtomobil toqquşub

Nazir: "Gələn il pensiyalar yenidən artırılacaq"

Ermənilər atəşkəsi minaatanlarla 20 dəfə pozdu

Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı

Balakəndə 1 ton qarğıdalı və 1 ton xurma yanıb

2020-ci ildən Azərbaycanda müəllimlərin sertifikasiyasına başlanacaq

Bərdədə “Mercedes” dörd camışı vurub öldürdü

Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb

Bakıda gəlin və anasının öldürüldüyü dəhşətli qətlin TƏFƏRRÜATLARI

Nazirdən vahid məktəbli forması ilə bağlı - AÇIQLAMA

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

Menyular

Bağla