Hikmət Babaoğlu: "Yekun danışıqlar üçün real mərhələ başlaya bilər"

 Məlum olduğu kimi, iyulun 11-də ölkəmizdə səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib, daha sonra isə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüş keçirib. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında ölkəmizə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı faydalı müzakirələrin aparıldığını bildirən rusiyalı nazir hazırkı müzakirələrin prezidentlərin görüşü zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addım olduğunu qeyd edib.
Sergey Lavrovun Azərbaycana səfərini və eləcə də səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqları şərh edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların ən aktiv fazasına qədəm qoyulub.
Deputat qeyd edib ki, bu zərurəti yaradan və keyfiyyətcə yeni mərhələni formalaşdıran əsas səbəb isə aprel döyüşləridir: “Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək ali siyasi iradə və döyüş hazırlığı danışıqların intensivliyini vacib etdi. Əlbəttə, Azərbaycan tərəfi cəbhə xəttində üstünlük qazanmaq üçün illərlə hazırlıq işi aparıb. Azərbaycan münaqişəni həll etmək üçün iqtisadiyyatdan başlamış hərbi sənayeyə qədər, diplomatiyadan başlamış ərzaq təhlükəsizliyinə qədər hər sahədə ciddi uğurlara imza atıb və nəhayət hazırkı uyğun şərtləri yarada bilib. Ona görə də Prezident İlham Əliyev bir daha qeyd etdi ki, bizə heç kim şərt qoya bilməz və status-kvo tezliklə dəyişdirilməlidir. Eyni zamanda Sergey Lavrovla görüşdə cənab Prezident Rusiyanın səylərini yüksək qiymətləndirdiyini bildirdi. Bütün bunlar problemin həllində ümidlər yaradır. Aydın olur ki, müəyyən irəliləyişlərə nail olunub. Artıq Ermənistan da, onun havadarları da dərk edirlər ki, Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaya bilməyəcəklər. Problemi həll etmək lazımdır. Baxın, indi belə bir mərhələdəyik. Hər kəsə aydındır ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Hesab edirəm ki, bu hərbi-siyasi reallığı artıq hamı dərk edir, eləcə də işğalçı Ermənistan”.
Hikmət Babaoğlu vurğulayıb ki, bu proses ən optimist ssenari üzrə inkişaf etsə belə onun başa çatması xeyli vaxt və səylər tələb edəcək: “Hətta prosesə mane olmaq istəyən çoxsaylı tərəflər və cəhdlər də olacaq. Ona görə də hazırkı dövrü həssas və ümidverici mərhələ kimi qiymətləndirmək lazımdır. Hər halda Azərbaycan danışıqlar prosesini irəliyə aparmaq üçün ATƏT-in Minsk qrupunu hərəkətə gəlməyə məcbur edə bilib. Bunun özü ciddi uğur sayılmalıdır. Düşünürəm ki, Rusiyanın xarici işlər nazirinin ardınca Prezident Vladimir Putinin Azərbaycana gözlənilən rəsmi səfərində problemin həllində yaranmış yeni mərhələnin birinci etapına son qoyula bilər və yekun danışıqlar üçün real mərhələ başlaya bilər” .iki sahil

Tarix: 13 İyul 2016 / 13:01
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Azərbaycanlı aktrisa elə klip çəkdirdi ki... - VİDEO

Hacıbala Abutalıbov vəzifədən azad edildi

Mingəçevirdə yeni doğulan körpə ölüb

Naxçıvanda energetika sahəsində çalışan şəxslər təltif edilib - SƏRƏNCAM

Bakıda sərnişin avtobusu qadın piyadanı vurub

Sabirabadda keçmiş kürəkən qayınanasının qızıllarını oğurladı

Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib -Sərəncam

XİN avrokomissarın bəyanatına münasibət bildirib

İran Prezidenti Bakıya gəlir

DİN-dən Tofiq Yaqublunun səhhəti ilə bağlı - Açıqlama

Prezident Baş nazirin müavinini vəzifədən azad edib

Bakıda gənc qızı avtomobil vurub

Bakıda 11 yaşlı oğlan anasından İMTİNA ETDİ: "Elə ananı istəmirəm"- VİDEO

Şagirdlərin elektron yerdəyişməsi yenidən başladı

Aeroport yolunda telefonla oynayan sürücü ağır qəza törətdi - VİDEO

Xalq artistinin həyat yoldaşı vəfat etdi

Bakıda “Mercedes”lə “Kia” markalı avtomobillər toqquşub

Qubada avtomobil qaçıran şəxs saxlanılıb- Foto

Menyular

Bağla