Xəstənin ölümündə günahlandırılan 81 yaşlı həkim işdən çıxarıldı

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı Səhiyyə Nazirliyində yaradılan xüsusi komissiyanın rəyi açıqlanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, komissiyanın rəyinə əsasən, əməliyyat zamanı ölən xəstənin vəziyyəti ağır olduğundan əməliyyatına qərar verilib. Əməliyyat zamanı müəyyən narahatlıqlar yaranıb və qanaxma başlayıb. Həkimlər qanaxmanı saxlamağa cəhd etsələr də, nəticəsiz qalıb.
Komissiyanın rəyinə əsasən, əməliyyatı icra edən 81 yaşlı həkim Cəfər Quliyev vəzifəsindən azad olunub, xəstəxananın baş həkimi Rauf Sadıqova isə töhmət verilib.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil qızı iyunun 26-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, irinli öd kisəsinin çürüməsi prosesi olan xəstə çox gecikdirildiyindən və həkim öd kisəsinin partlamasından ehtiyat edərək xəstəni təcili əməliyyat edib. Lumu Veyisova xəstəxanaya gətirilən zaman öd kisəsi yolları tamam tutulmuş, qarın boşluğu isə dağılmış vəziyyətdə olub. Əməliyyat zamanı xəstənin öd kisəsi çıxarılıb, damarlar bağlanıb. Öd kisəsinin yatağı təmizlənərkən qanaxma başlayıb. 3 gün xəstəxanada qalan xəstə iyunun 29-da bütün yardımlara və cəhdlərə baxmayaraq, ölüb.
Xəstənin yaxınları Lumu Veyisovanın ölümündə həkimi günahlandırırlar. Onlar iddia edirlər ki, həkim yaşlı olduğu üçün əlləri əsdiyindən xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.

Tarix: 13 İyul 2016 / 12:19
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Bakıda DƏHŞƏTLİ QƏTL: kürəkən arvadını və qayınanasını bıçaqlayaraq yandırıb

Bakıda yol polisini avtomobil vurub

Prezident İlham Əliyev: "Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir"

Prezident: “İqtidarda olan bəziləri islahatlara qarşı çıxır”- Video

Azərbaycan Prezidenti: “Şişirdilmiş rəqəmlər versələr, öz cəzalarını alacaqlar”

"Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır

Sumqayıtda qızıl oğruları tutulub

Tovuzda iki avtomobil toqquşub

Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı

Balakəndə 1 ton qarğıdalı və 1 ton xurma yanıb

Nazir: "Gələn il pensiyalar yenidən artırılacaq"

Ermənilər atəşkəsi minaatanlarla 20 dəfə pozdu

Yevlaxda yol qəzası baş verib

Bərdədə “Mercedes” dörd camışı vurub öldürdü

Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb

2020-ci ildən Azərbaycanda müəllimlərin sertifikasiyasına başlanacaq

Bakıda gəlin və anasının öldürüldüyü dəhşətli qətlin TƏFƏRRÜATLARI

Nazirdən vahid məktəbli forması ilə bağlı - AÇIQLAMA

Menyular

Bağla