Rəşad Sadıqov: "Hələ tam formaya düşməyə vaxt lazımdır"

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubuna qalib gəldikləri oyunla (2:0) bağlı fikirlərini bildirib. Qol.az-ın xəbərinə görə, matdan sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Cavab qarşılaşmasına üstün yollanırsınız...

-  Gözlədiyimiz kimi, çətin oyun keçdi. Oyuna rahat başlamışdıq. İki qol vurduq, getdikcə oyun gərginləşdi. İkinci hissədə rəqib daha çox irəli atıldı və istədiyimiz hücumları qura bilmədik.

- İkinci hissədə isə bir qədər ehtiyatlı oynadınız. Komandada fiziki yorğunluq oldu, yoxsa baş məşqçinin tapşırığı idi?

- Biz geriyə çəkilmədik, lakin rəqib ilk hissədə oynamağımıza daha çox imkan verdi. İkinci hissədə isə daha çox pressinq tətbiq etdilər. Daha sonra hücum cəhdlərimiz alınmadığı üçün inamsızlıq yarandı.

- "Düdelanj"ın hücumçusu sənə qarşı qaydanı pozduqdan sonra ona yaxınlaşıb nə dedin?

- Nə dediyim yadımda deyil, amma çox əsəbləşmişdim. Topsuz vəziyyətdə ayağıma zərbə endirmişdi. Həmin epizoddan öncə bir neçə dəfə top itirmişdim deyə biraz gərginlik oldu. Öncədən tam hazır olmadığımız bilirdik. Bu oyun bunu göstərdi ki, hələ tam formaya düşməyə vaxt lazımdır.

- Cavab oyununda gözlənilməz hesab ola bilərmi?

- 2:0 elə də böyük nəticə deyil. Səfərdəki oyun çətin olacaq. Rəqibin əks hücumları təhlükəlidir. Ola bilər ki, öz meydanlarında daha fərqli oynasınlar. Mərhələnin həll olunduğunu düşünmək yanlışdır. Bizi qarşıda 90 dəqiqə, bəlkə də 120 dəqiqə gözləyir.

- Azərkeşlərin az olmağı diqqətini çəkdimi?

- Tətil səbəbi ilə ola bilər. Oyuna gələn azərkeşlərə minnətdarlığımı bildirirəm.

Tarix: 13 İyul 2016 / 12:04
Müəllif: Ucnoqta.az
Whatsapp-la göndərr
Ən çox izlənənlər

Azərbaycanlı aktrisa elə klip çəkdirdi ki... - VİDEO

Hacıbala Abutalıbov vəzifədən azad edildi

Mingəçevirdə yeni doğulan körpə ölüb

Naxçıvanda energetika sahəsində çalışan şəxslər təltif edilib - SƏRƏNCAM

Bakıda sərnişin avtobusu qadın piyadanı vurub

Sabirabadda keçmiş kürəkən qayınanasının qızıllarını oğurladı

Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib -Sərəncam

İran Prezidenti Bakıya gəlir

XİN avrokomissarın bəyanatına münasibət bildirib

DİN-dən Tofiq Yaqublunun səhhəti ilə bağlı - Açıqlama

Prezident Baş nazirin müavinini vəzifədən azad edib

Bakıda gənc qızı avtomobil vurub

Bakıda 11 yaşlı oğlan anasından İMTİNA ETDİ: "Elə ananı istəmirəm"- VİDEO

Şagirdlərin elektron yerdəyişməsi yenidən başladı

Aeroport yolunda telefonla oynayan sürücü ağır qəza törətdi - VİDEO

Xalq artistinin həyat yoldaşı vəfat etdi

Qubada avtomobil qaçıran şəxs saxlanılıb- Foto

Bakıda “Mercedes”lə “Kia” markalı avtomobillər toqquşub

Menyular

Bağla