Fevralın 7-də “Eurovision-2010”un püşkatması keçiriləcək
Azərbaycanın I və ya II yarımfinalda çıxış edəcəyi məlum olacaq
Azərbaycanın Osloda keçiriləcək “Eurovision-2010” müsabiqəsində I və ya II yarımfinalda çıxış edəcəyi məlum olacaq. Fevralın 7-də Avropa Yayım Birliyi (EBU) və “Eurovision-2010” müsabiqəsinə ev sahibliyi edəcək. Norveç televiziyası “NRK” tərəfindən püşkatma mərasimi keçiriləcək. Osloda keçiriləcək püşkatma mərasimi "eurovision.tv" ilə canlı yayımlanacaq. 34 iştirakçı ölkənin hansı yarımfinalda çıxış edəcəyi məhz həmin gün məlum olacaq. Hələlik püşkün kim tərəfindən atılacağı sirr saxlanılır.
34 ölkənin püşkatması beş qrupda təşkil olunacaq. Püşkatma zamanı ölkələrin yarımfinallarda çıxışı elə müəyyənləşdiriləcək ki, qonşu dövlətlərin və diasporlarının səsvermə imkanı məhdudlaşsın. Ölkələrin 17-si mayın 25-də keçiriləcək I yarımfinalda, digər 17-si isə mayın 27-də keçiriləcək II yarımfinalda iştirak edəcək.
Bu bazar günü də hər bir iştirakçı ölkənin “Eurovision-2010” müsabiqəsində məşq günləri də müəyyənləşdiriləcək. Beş qrup üzrə təşkil olunacaq püşkatmada Azərbaycan III qrupda təmsil olunur. Azərbaycanla bərabər həmin qrupda Belarus, Gürcüstan, İsrail, Moldova, Rusiya, Ukrayna da yer alıb. Həmin püşkatma da Türkiyə IV qrupda olacaq.
Yarımfinalların və səsvermənin nəticəsi bu mərhələyə qatılmayan Fransa, Böyük Britaniya, İspaniya, Almaniya və ev sahibi Norveçin televiziyalarından biri ilə yayımlanacaq. Yayım hüququnu hansı ölkənin telekanalının qazanacağı da fevralın 7-də məlum olacaq. Bu ilin martında keçiriləcək təmsilçi ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin görüşündə isə artıq yarımfinal və finalda təmsilçilərin hansı sıra nömrəsi ilə çıxış edəcəkləri dəqiqləşəcək.
Xatırladaq ki, 55-ci “Eurovision” müsabiqəsində 39 ölkə təmsil olunacaq. Müsabiqənin yarımfinal mərhələsi mayın 25-i və 27-də, finalı isə mayın 29-da isə baş tutacaq.
Aysər





Şərhlər (1 şərh göndərilib):
Bu yazıya şərh göndər