"Kurtlar Vadisi Fələstin”nin efir tarixi bəlli oldu
Film noyabrda hazır olacaq
Fələstində baş verən hadisələr əsasında lentə alınacaq “Kurtlar Vadisi Fələstin” filminin efirə çıxacağı tarix bəlli olub. “Pana Film”in yaydığı açıqlamaya görə, film noyabr ayının 5-də tamaşaçılara təqdim ediləcək. Film çəkilişləri yay aylarında başlayacaq. “Kurtlar Vadisi Fələstinin”nin baş rolunu “Kurtlar Vadisi”nin Polad Alemdarı olan Necati Şaşmaz ifa edəcək.
Qeyd edək ki, “Kurtlar Vadisi pusu” serialındakı bəzi səhnələrə görə Türkiyə ilə İsrail arasında gərginlik yaranmışdı. Gərginlikdən sonra “Pana Film” rəsmi açıqlama ilə həqiqətlərin nümayişinə davam edəcəklərini bildirmişdi. Türkiyənin “NTV” kanalında çıxış edən serialın ssenari müəliflərindən olan Bahadır Özdener “Kurtlar Vadisi Fələstin” üçün hazırlıqlara başladıqlarını elan etmişdi.
Emin





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər