ANA SƏHİFƏ
Bakının 30 məktəbində 9 günlük tətil elan olundu
SOSİAL
Bakının bəzi mərkəzi yolları bağlandı
SOSİAL
Yol polislərinə lüğət paylanıldı
ANA SƏHİFƏ
"Sizin əsgərləriniz mənim anamı bətnindəki körpə ilə birlikdə qətlə yetiriblər"
Fotosessiya



Koşə yazarları


Əsas səhifə | KÖŞƏ YAZILARI | Hacıbala, keçilməz yollar və «danq-danq» siqnalı
Hacıbala, keçilməz yollar və «danq-danq» siqnalı
Şriftin ölçüsü: Decrease font Enlarge font

Bakının yolları hava hücumuna məruz qalıb

Hər dəfə Bakı şəhərinin icra başçısı Hacıbala Abutalıbov haqqında yazı yazanda içimidə bir səs mənə deyir ki, nə yazırsan yaz, xeyiri yoxdu. Həm də nədəndirsə, Bakının həllini gözləyən problemlərindən yazanda məndə baş ağrıları başlayır, təzyiqim qalxır, ürəyim həyəcanla döyünür. Düz bir aya yaxındır Bakı qara, borana və hərdən bir də çovğuna təslim olub. Olmaya da bilməzdi. Çünki Bakı elə bir icra başçısının əlindədir ki, o, hər nəyə desən təslim olur. Adicə yağış yağır, Bakı təslim olur, külək bərk əsir, təslim olur. Yağış yağanda küçələr keçilməz olur, kanalizasiya işləmir. Külək əsəndə isə ağaclar, binaların damları qopub tökülür. Qar və çovğun isə daha ciddi problem yaradıb. Daim həsəd aparan yadellilərə təslim olmayan Bakı qara necə yüksək səviyyədə təslim olubsa, qardan sonra şəhərimizə yeni gələnlər elə bilər ki, buranı bombalayıblar. Nabələd adama desən ki, Bakıya qar yox, bomba yağıb, o saat inanar. Çünki küçələrimiz, yollarımız çala-çuxur olub. Bir şeyi başa düşmüşəm ki, neçə illərdir Bakı havadan hücuma məruz qaldıqda dərhal təslim olur, heç bir müqavimət göstərmir. Yalnız hücumdan sonra tör-töküntünü yığışdırmaqla məşğul olurlar. Yol kənarlarında qarı, buzu qoca arvadlar, yaşlı insanlar əllə təmizləyirlər. Hava hücumundan qoruna bilməyən Bakının icra başçısı Hacıbala Abutalıbov isə öz bahalı  «BMW-745»ində ora-bura hərəkət edir. Onun bu yolları düzəltmək heç marağında da deyil. Nəyinə lazım? Çünki onun mindiyi maşında amartizasiya o qədər güclüdür ki, maşın çökəyə düşəndə hiss olunmur. Həm də ki, axı Hacıbala müəllimin çala-çökək yollarda nə işi var?
Təzə-təzə işə başlayanda hara gedirdik onu görürdük. İndi isə köhnəlib, gözə dəymir. Onu kimsə görəndə qaçıb qohum-qonşudan, dost-tanışdan muştuluq istəyir ki, Hacıbala Abutalıbovu görmüşəm. Bunun səbəbi nədir, heç bilirsinizmi? Yoldaş Abutalıbov həmişə deyərdi ki, mən bu dövlətin əsgəriyəm. Təzə əsgər həmişə sözəbaxan, iş görən olur. Köhnə əsgərlər isə orda-burda yeyib yatır və günlərini yola verir. Hacıbala Abutalıbov da eynən belə edir. Ona görə də, köhnə əsgərləri xidmətdən tərxis eləyib yola salmaq lazımdır. Axı hər şeyin öz vaxtı var. Hər bir vəzifənin də öz maraqlı günləri, ayları və illəri olur. İndi bu vəzifə yoldaş Abutalıbov üçün yəqin ki, maraqlı deyil. Çünki onun öz işinə əvvəlki maraqla yanaşmadığı artıq göz önündədir. Yer gəldi-gəlmədi deməliyəm ki, göz önündə başqa bir məsələ də var: Hacıbala Abutalıbovun həvəsli vaxtlarında çəkdirdiyi yollar dağılıb bərbad hala qalmışdı. Üstəlik, bu ay yağan yağıntılar, Bakının havadan hücuma məruz qalması şəhərimiz lap bərbad hala qalıb. Axırıncı dəfə Qorbaçovun ata Corc Buşla okeanda görüşündən üç gün əvvəl asfaltlanmış Bakının gözdən iraq, yəni kənd və qəsəbə yolları indi erməni işğalı altında olan yollarımızdan da bərbad hala düşüb. Çala-çuxurlar dolub palçıqlı su ilə. Konduktorluqdan sürücülüyə yüksələn təcrübəsiz avtobus sürücülərinin və digər yaramaz sürücülər isə həmin çala-çökəyə elə düşürlər ki, palçıqlı su küçələrimizi bəzəyir, süni ağacları, gülləri sulayır. Məlum məsələdir ki, dayanacaqdan başqa hər yerdə avtobus gözləyənlər, avtobusdan düşənlər çoxdur. Belələri gündə 3 dəfə palçıqlı su ilə pulsuz çimirlər və onları palçığa bulayan sürücülər də xoş sözlər eşidərək feyziyab olurlar. Beləcə, şəhərimiz döyüşdən çıxmış vəziyyətdə gözləyir. Gözləyir ki, «Eurovision-2012» yarışması tez başlasın ki, bütün bu problemlər də həllini tapsın, yollarda, küçələrdə «mərmidən zərbə alaraq deşik-deşik olmuş» yollarımız düzəlsin. Düzəlməyə düzəlsin, amma müsabiqədən 6 ay sonra dağılsa, mən yenə Hacıbala Abutalıbovdan yazacam. Çünki bütün işlərin açarı onun əlindədir…
Biz hamımız yoldaş Abutalıbovun musiqiyə olan həvəsini hamımız bilirik. Çünki Bakıda ilk dəfə musiqili fontanları məhz xalqın sevimli övladı olan Hacıbala yoldaş quraşdırdı. Üstəlik, dünyanın ən populyar musiqi yarışiması olan «Eurovision-2012»nin açarları artıq neçə gündür Bakının icra başçısına verilmişdir. Və dünən mən bir daha şahidi oldum ki, Hacıbala Abutalıbov musiqini həqiqətən sevir. Rok musiqisinə də biganə deyilmiş. Onun xidməti maşınında DYP tərəfindən qadağan olunmuş yüksək səs effekti olan «danq-danq» siqnalı (avtoşlar buna «fifa» siqnalı deyir və qiyməti də min manatdan bahadır) eşidildi. Özü də 134 nömrəli məktəbin qarşısında. Hansı ki, məktəbin qarşısında siqnal vermək qadağandır. Bununla bağlı həmin ərazidə xüsusi işarə də var. Qadağan olunmuş siqnal qadağan olunimuş yerdə səslənirsə, bu, musiqiyə olan məhəbbətdən irəli gəlir.
388 dəfə oxunub
18/05/2012 20:06:00 “Bu cür söhbətlər istənilən məşqçiyə pis təsir edir”
18/05/2012 20:04:00 “Real"dan gedə bilərəm”
18/05/2012 20:03:00 Bakıda yeni avtovağzal kompleksi tikiləcək
18/05/2012 20:00:00 Türkiyə – Azərbaycana qardaş və dost olan ölkə
18/05/2012 19:54:00 Nar Mobile abunəçilərinin nəzərinə
18/05/2012 18:25:00 Hüquq müdafiəçisi monitorinq keçirib
18/05/2012 18:14:00 “Amerika hökuməti Azərbaycandan keçməyəcək”
18/05/2012 17:26:00 Saxta mallar satan mağaza aşkarlandı
18/05/2012 17:20:00 Qarabağda itkin düşənlərlə bağlı qanun hazırlanacaq
18/05/2012 17:18:00 Çaylarımızdakı vəziyyət açıqlandı
18/05/2012 17:15:00 Şəkidə 4 bal gücündə zəlzələ oldu
18/05/2012 17:14:00 BDU-da Atatürkü anma, Gənclik və İdman Bayramı qeyd edilib
18/05/2012 17:10:00 “Eurovision”la bağlı paytaxtdakı qeydiyyatsız əcnəbilərə qarşı tədbirlər keçirilir
18/05/2012 17:08:00 “Bakı Kristal Zalı”nda motosikletli təmsilçi – FOTO
18/05/2012 16:10:00 Norveç və Makedoniyanın "Eurovision-2012" təmsilçiləri nərd oynayıb
18/05/2012 16:08:00 “Facebook” bu gündən səhmlərini satışa çıxarır
18/05/2012 16:06:00 Zəlzələ bölgəsində qəzalı evlərin söküntüsünə başlanılıb
18/05/2012 16:05:00 “Dağlıq Qarabağla bağlı hesabat üzərində iş gedir”
18/05/2012 16:03:00 Azərbaycanda seysmik enerjinin həcmi artıb
18/05/2012 15:14:00 «Qarapapaqlar» jurnalının beş illiyi qeyd ediləcək
18/05/2012 15:09:00 Müxalif gənclərin yürüş planı fərqli fikirlərə səbəb oldu
18/05/2012 15:02:00 Şura QHT layihələrini yalnız elektron formada qəbul edəcək
18/05/2012 14:59:00 Azərbaycanlı model ana oldu
18/05/2012 13:56:00 Avro həm dollar, həm də manat qarşısında dəyərsizləşir
18/05/2012 13:52:00 Səbail rayonunda polis 37 nəfəri saxlayıb
18/05/2012 13:39:00 «İran və Rusiya səfirliyi bütün tədbirlərə dırnaqarası yanaşırlar»
18/05/2012 13:25:00 Milli Məclisin yaz sessiyasının müddəti uzadılıb
18/05/2012 13:23:00 Müasir Azərbaycan təhsilinin inkişafında örnək
18/05/2012 13:21:00 Xanım deputatdan beynəlxalq təşkilatlara cavab
18/05/2012 13:20:00 Sahibə Qafarova: «Azərbaycanın uğuru hər birimizin uğurudur»
18/05/2012 13:17:00 Bakı Musiqi Akademiyası “Univision”un qalibi oldu
18/05/2012 13:15:00 “Baku Crystal Hall” 3D formatında nümayiş etdirilib
18/05/2012 13:11:00 Azərbaycanda əhalinin nə dərəcədə şüalanmaya məruz qaldığı öyrəniləcək
18/05/2012 13:09:00 Əli Həsənov: «Rusiya vətənə xəyanət edən Rəhim Qaziyevdən istifadə edib»
18/05/2012 13:07:00 FHN marketin yanması ilə bağlı məlumat yaydı – FOTO
18/05/2012 13:05:00 Yaponiya səfirliyinin əməkdaşları Tərtərdə olub
18/05/2012 13:02:00 Erməni mənşəli malları Azərbaycana Gürcüstandan alverçilər qrupu gətirir
18/05/2012 12:21:00 Bakının bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq
18/05/2012 12:19:00 “Bakı”nın ilk transferi
18/05/2012 12:18:00 ATƏT PA-nın 2014-cü ildəki illik yay sessiyası Bakıda keçiriləcək
18/05/2012 12:12:00 Nani "Mançester Yunayted"dən ayrılır
18/05/2012 11:32:00 Bakının məşhur marketində güclü yanğın
18/05/2012 11:23:00 Maliyyə Nazirliyi büdcə sənədini Milli Məclisə təqdim edib
18/05/2012 11:22:00 Təhsil Naziri 3 kollecin fəaliyyətini “kafi” qiymətləndirib
18/05/2012 11:19:00 Azərbaycanla Ermənistan arasında “duz döyüşü”
18/05/2012 11:18:00 Ermənilər atəşkəsi pozub
18/05/2012 11:13:00 Laçın rayonunun işğalından 20 il ötür
18/05/2012 11:12:00 Rayonlarda temperatur 33 dərəcəyə çatacaq
18/05/2012 11:10:00 “Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır
17/05/2012 20:15:00 Nağdsız ödənişlərlə bağlı xüsusi tədbirlər planı hazırlanıb



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb