ANA SƏHİFƏ
Bakının 30 məktəbində 9 günlük tətil elan olundu
SOSİAL
Bakının bəzi mərkəzi yolları bağlandı
SOSİAL
Yol polislərinə lüğət paylanıldı
ANA SƏHİFƏ
"Sizin əsgərləriniz mənim anamı bətnindəki körpə ilə birlikdə qətlə yetiriblər"
Fotosessiya



Koşə yazarları


Əsas səhifə | KÖŞƏ YAZILARI | Biz haralıyıq?
Biz haralıyıq?
Şriftin ölçüsü: Decrease font Enlarge font

Deyirlər ki, dünən Opera və Balet Teatrında çox möhtəşəm bir tədbir olub: Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qurultayı. Əla. Məlumunuz olsun ki, sözügedən tədbirdə mənim doğulduğum bölgənin sakinləri iştirak edirmiş. Nədənsə mən qurultaya dəvət edilməmişəm. Bilmirəm niyə?
Aldığım məlumata görə, bizim rayondan, yəni Ağdərədən seçilən nümayəndələrin siyahısını Ağdam, Tərtər və Kəlbəcərin icra başçıları verib. Və nədənsə Ağdərənin bir çox ziyalılarını, tanınmış insanlarını dəvət etməyi unudublar. Halal olsun icra başçılarımıza.
Nə az, nə çox, düz 344 nəfər qurultayda iştirak edib. Görəsən, doğrudan da o 344 nəfər Dağlıq Qarabağdan olub? Maraqlı sualdır. Mənə də maraqlı olduğu üçün telefonu əlimə götürüb uzun illər Dağlıq Qarabağda vəzifələrdə çalışan ziyalı qohum-əqrabaya, dost-tanışa zəng etdim ki, sizi həmin qurultaya dəvət ediblər, yoxsa yox? Heç olmasa bu qurultayın keçirilməsindən xəbəriniz varmı? "Xeyr" cavabını aldım. Atamı aradım. Qısa bir arayış verim ki, mənim atam uzun illər Dağlıq Qarabağda vəzifələrdə çalışmış, o bölgə üçün, xüsusilə, müharibə dönəmində əlindən gələni edən bir şəxsdir. Həmin ərəfədə biz aylarla onun üzünü görmürdük. Hər dəfə kəndə ərzaq gətirmək üçün ermənilərin içindən tanklarla keçib Ağdama çatana qədər həyəcan keçirmişik ki, görəsən atamız sağ-salamat geri qayıdacaqmı? Bəzən əhali üçün ərzağı vertolyotla kəndə gətirib atam. Hər dəfə də vertolyot yerə enənə qədər kəndimizin ağbirçəyi Zeynəb nənənin əlində Quran vertolyotun ermənilər tərəfindən vurulmaması üçün Allaha yalvarması heç vaxt yadımdan çıxmır. Biz atamızı itirmək qorxusuyla yaşayırdıq. Amma həm də onunla fəxr edirdik. Çünki kəndimizin ermənilərə təslim olmaması üçün həyatını belə verməyə razı idi. Onun gecəsi-gündüzü yox idi. Düşmənə qarşı səngərdə idi, 13 yaşlı oğlu ilə birlikdə. İndi düşünün, bu adam qurultaya dəvətli deyil. Mənim zəngimdən sonra bildi ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qurultayı keçirilir.
2005-ci il parlament seçkiləri yadıma düşdü. Elə telefonda atama da onu xatırlatdım. Mənim "qoçaq, savadlı" rəqiblərim mənə qarşı çox iyrənc bir kampaniya aparırdılar ki, o kampaniya əməlli-başlı mənim atamı yıxmışdı ki, Xoşqədəm ağdamlı deyil ki, buradan namizədliyini versin. Çox da onun atası Ağdamın hansısa kəndindəndir. O, Ağdərədə doğulub. Hələ namizədliyimi verməmişdən öncə düşünürdüm ki, bəlkə Kəlbəcərdən namizədliyimi irəli sürüm. Eyni situasiya ilə orada da qarşılaşdım. Kəlbəcərin keçmiş icra başçısı Sahib müəllim mənə xəbər göndərmişdi ki, onun anası kəlbəcərlidir. Özü ki Ağdərənin Narınclar kəndində doğulub, namizədliyini də oradan versin. Bax belə.
Əziz oxucu, siz özünüz qərar verin, biz nə edək? İndi mənim və mənim kimi ağdərəlilərin Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qurultayında iştirak etmək üçün nə etmələri gərəkdir? Haralı olmağımız lazımdır? Ağdərəlimi, ağdamlımı, kəlbəcərlimi?
Ağdərə demişkən, arabir bu rayonun bərpası ilə bağlı kampaniyalarla rastlaşıram. Orada da mənim atamın adı yoxdur, baxmayaraq ki, bu adam Ağdərə rayonunun sakinidir. Yəqin o rayon bərpa olunanda da bizə gəlmə deyərlər. Orada da deyərlər ki, atan ağdamlı, anan kəlbəcərlidir. Nə qədər iyrənc bir fikir, deyilmi? Baxmayaraq ki, Vətən üçün aparılan istənilən mübarizədə azərbaycanlı olmaq yetər. İstər şəkili ol, istər qubalı, istərsə də ağdamlı və yaxud başqa bir yerdən. İşğal olunmuş torpaq sənin Vətənin, Azərbaycanın bir parçasıdırsa, yetər.
Yeri gəlmişkən, eşitdim ki, qurultay başlayanda bizim Dağlıq Qarabağdan olan başbilənlərimiz unudublar ki, bu cür tədbirlər Azərbaycanımızın himni ilə başlanır. Qarabağda şəhid olmuş insanlar bir dəqiqəlik sükutla yad edilir. Nə edək, onlar bizim başbilənlərimizdir. Belə məsləhət görüblər, belə də olub.
P.S. Əslində kimsədə günah yoxdur. Günah Ağdərənin quru adını belə bizə çox görən, bu rayonu nəyə görəsə ləğv edən, kəndlərini üç rayonun arasında bölən keçmiş AXC hakimiyyətindədir.

830 dəfə oxunub
18/05/2012 20:06:00 “Bu cür söhbətlər istənilən məşqçiyə pis təsir edir”
18/05/2012 20:04:00 “Real"dan gedə bilərəm”
18/05/2012 20:03:00 Bakıda yeni avtovağzal kompleksi tikiləcək
18/05/2012 20:00:00 Türkiyə – Azərbaycana qardaş və dost olan ölkə
18/05/2012 19:54:00 Nar Mobile abunəçilərinin nəzərinə
18/05/2012 18:25:00 Hüquq müdafiəçisi monitorinq keçirib
18/05/2012 18:14:00 “Amerika hökuməti Azərbaycandan keçməyəcək”
18/05/2012 17:26:00 Saxta mallar satan mağaza aşkarlandı
18/05/2012 17:20:00 Qarabağda itkin düşənlərlə bağlı qanun hazırlanacaq
18/05/2012 17:18:00 Çaylarımızdakı vəziyyət açıqlandı
18/05/2012 17:15:00 Şəkidə 4 bal gücündə zəlzələ oldu
18/05/2012 17:14:00 BDU-da Atatürkü anma, Gənclik və İdman Bayramı qeyd edilib
18/05/2012 17:10:00 “Eurovision”la bağlı paytaxtdakı qeydiyyatsız əcnəbilərə qarşı tədbirlər keçirilir
18/05/2012 17:08:00 “Bakı Kristal Zalı”nda motosikletli təmsilçi – FOTO
18/05/2012 16:10:00 Norveç və Makedoniyanın "Eurovision-2012" təmsilçiləri nərd oynayıb
18/05/2012 16:08:00 “Facebook” bu gündən səhmlərini satışa çıxarır
18/05/2012 16:06:00 Zəlzələ bölgəsində qəzalı evlərin söküntüsünə başlanılıb
18/05/2012 16:05:00 “Dağlıq Qarabağla bağlı hesabat üzərində iş gedir”
18/05/2012 16:03:00 Azərbaycanda seysmik enerjinin həcmi artıb
18/05/2012 15:14:00 «Qarapapaqlar» jurnalının beş illiyi qeyd ediləcək
18/05/2012 15:09:00 Müxalif gənclərin yürüş planı fərqli fikirlərə səbəb oldu
18/05/2012 15:02:00 Şura QHT layihələrini yalnız elektron formada qəbul edəcək
18/05/2012 14:59:00 Azərbaycanlı model ana oldu
18/05/2012 13:56:00 Avro həm dollar, həm də manat qarşısında dəyərsizləşir
18/05/2012 13:52:00 Səbail rayonunda polis 37 nəfəri saxlayıb
18/05/2012 13:39:00 «İran və Rusiya səfirliyi bütün tədbirlərə dırnaqarası yanaşırlar»
18/05/2012 13:25:00 Milli Məclisin yaz sessiyasının müddəti uzadılıb
18/05/2012 13:23:00 Müasir Azərbaycan təhsilinin inkişafında örnək
18/05/2012 13:21:00 Xanım deputatdan beynəlxalq təşkilatlara cavab
18/05/2012 13:20:00 Sahibə Qafarova: «Azərbaycanın uğuru hər birimizin uğurudur»
18/05/2012 13:17:00 Bakı Musiqi Akademiyası “Univision”un qalibi oldu
18/05/2012 13:15:00 “Baku Crystal Hall” 3D formatında nümayiş etdirilib
18/05/2012 13:11:00 Azərbaycanda əhalinin nə dərəcədə şüalanmaya məruz qaldığı öyrəniləcək
18/05/2012 13:09:00 Əli Həsənov: «Rusiya vətənə xəyanət edən Rəhim Qaziyevdən istifadə edib»
18/05/2012 13:07:00 FHN marketin yanması ilə bağlı məlumat yaydı – FOTO
18/05/2012 13:05:00 Yaponiya səfirliyinin əməkdaşları Tərtərdə olub
18/05/2012 13:02:00 Erməni mənşəli malları Azərbaycana Gürcüstandan alverçilər qrupu gətirir
18/05/2012 12:21:00 Bakının bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq
18/05/2012 12:19:00 “Bakı”nın ilk transferi
18/05/2012 12:18:00 ATƏT PA-nın 2014-cü ildəki illik yay sessiyası Bakıda keçiriləcək
18/05/2012 12:12:00 Nani "Mançester Yunayted"dən ayrılır
18/05/2012 11:32:00 Bakının məşhur marketində güclü yanğın
18/05/2012 11:23:00 Maliyyə Nazirliyi büdcə sənədini Milli Məclisə təqdim edib
18/05/2012 11:22:00 Təhsil Naziri 3 kollecin fəaliyyətini “kafi” qiymətləndirib
18/05/2012 11:19:00 Azərbaycanla Ermənistan arasında “duz döyüşü”
18/05/2012 11:18:00 Ermənilər atəşkəsi pozub
18/05/2012 11:13:00 Laçın rayonunun işğalından 20 il ötür
18/05/2012 11:12:00 Rayonlarda temperatur 33 dərəcəyə çatacaq
18/05/2012 11:10:00 “Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır
17/05/2012 20:15:00 Nağdsız ödənişlərlə bağlı xüsusi tədbirlər planı hazırlanıb



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb