ANA SƏHİFƏ
Bakının 30 məktəbində 9 günlük tətil elan olundu
SOSİAL
Bakının bəzi mərkəzi yolları bağlandı
SOSİAL
Yol polislərinə lüğət paylanıldı
ANA SƏHİFƏ
"Sizin əsgərləriniz mənim anamı bətnindəki körpə ilə birlikdə qətlə yetiriblər"
Fotosessiya



Koşə yazarları


Əsas səhifə | KÖŞƏ YAZILARI | Siyasətçi «jurnalistlər»
Siyasətçi «jurnalistlər»
Şriftin ölçüsü: Decrease font Enlarge font

Saman altdan su yeridən, jurnalistika ilə siyasəti səhv salanların diqqətinə!

Hörmətli xalq və onun sevimli nümayəndələri, dəyərli və dəyərini itirmiş vəzifə sahibləri! Son vaxtlar ölkədə çox mühim və yeni, həm də köhnəyə bənzər hadisələr baş verməkdədir. İstəyirəm ki, mətbuatda uzun illərdir «əmi» statusu daşıyan bir şəxs kimi bir neçə məsələyə münasibət bildirim. Yazın əvvəlində, ağaclar tumurcuqlayanda, qaranquşlar ölkəmizə uçub gəlməyə başlayanda ölkəmizdə boğulmaq ərəfəsində olan müxalifət birdən-birə «hop» eləyib meydana çıxdı və dərhal da aksiyalara başladı. Asdılar, kəsdilər, qaçan qaçdı, tutan tutdu, arada qazanan kimi oldu, onu bilmirəm. Amma Dədə Qorquddan ilham alan hakimiyyətyönümlü bəzi siyasətçilər igidlik göstərən həmin müxalifətçilərə törətdiyi əmələ uyğun qəşəng bir ad qoydu - radikallar. Bütün cəmiyyətlərdə olduğu kimi, bizdə də bu radikallar həmişə öz niyyətlərinə çatmaq üçün jurnalistlərdən, daha doğrusu, jurnalistikadan bixəbər olan «jurnalistlərdən» məharətlə istifadə edir. Mən deyə bilmərəm ki, müxalifətin niyyəti çirkindir, ya xoşdur. Mənim jurnalist kimi tərəf tutmağa ixtiyarım yoxdur. Tərəf tutmaq o deməkdir ki, sən hansısa bir qrupun, partiyanın, təşkilatın üzvüsən və onu dəstəkləyirsən. Hansısa bir qrupun təsirində olan jurnalist obyektiv ola bilərmi? Əlbəttə ki, xeyr! Belə olan halda, nə üçün müxalifət aktivləşəndə, siyasi fəaliyyətini gücləndirəndə, aksiyalara başlayanda cibində jurnalist vəsiqəsi gəzdirənlərin bəzisi dönüb olur siyasətçi? Jurnalist siyasətçi ola bilər, siyasətçi də jurnalist. Amma hər kim olursan ol, bu sahələrdən yalnız birinin vəsiqəsi cibində olmalıdır. Daha jurnalist adıyla mitinqə gedəsən, orada siyasi çağırışlar edəsən, polis də səni yaxalayanda, «mən jurnalistəm» deyib, aləmi qarışdırasan, bax, bu, yaramaz işdir. Bir gənc var, adı Elnur Məcidlidir. Fransada yaşayır. Facebook sosial şəbəkəsində qruplar yaradıb insanları kütləvi aksiyalara səsləyənlərdən biri idi. Onunla yanaşı, başqa gənclər də bu işi təşkil edirdilər, amma nə yazıq ki, onların əksəriyyəti Elnur kimi xaricdə yaşayanlardır. İndi Azərbaycan polisi Elnuru İnterpol xətti ilə axtarışa verib, onu hakimiyyət əleyhinə çağırışlar etməkdə ittiham edir. Məncə, gənclərin hakimiyyətə, düzgün olmayan siyasətə etirazı normaldır, çünki bütün cəmiyyətlərdə gənclər hər zaman aktiv bir qüvvə kimi öz sözünü deyir. Amma mən bizim bu gənclərin gedib xaricdə oturub Azərbaycanda ara qarışdırmaq niyyətinin arxasında çirkin məqsədlər duyuram. İndi Elnur Məcidli axtarışdadır. Onun axtarış xəbəri yayılan kimi bəzi qəzetlər yazdı ki, hakimiyyət xaricdə yaşayan jurnalisti həbs etmək istəyir. Nə? Jurnalist? Elnur nə vaxt jurnalist oldu? Necə olur ki, hakimiyyəti devirməyə çalışanda bir gənc kimi qatılmışdı bu işə, amma axtarışa veriləndə jurnalist oldu? Hələ bu harasıdır? Bakıda da belələri çoxdur. Qəzetlərdə öz adlarıyla yazılar yazıb «jurnalistlik» edirlər, internetdə, sosial şəbəkələrdə isə başqa adlarla səhifə açıb müxalifətçi kimi çıxış etməklə insanları mitinqlərə çağırırlar. Xanımlar və cənablar, bilin və yadınızda saxlayın, jurnalist peşəsi tamam başqadır. Jurnalist müstəqil olur, öz yazısıyla, sözüylə, düşüncəsiylə sözünü deyir. Daha səhər siyasətçi, günorta jurnalist, axşam isə onun-bunun qapısında tapşırıq almaq üçün növbəyə durmaq heç bir çərçivəyə sığmır. Əvvəlcə insan olmaq lazımdır, sonra isə ya jurnalist, ya da siyasətçi ola bilərlər. Yəni, bir əldə iki qarpız tutmadan bir yolu seçmək lazımdır. Dükanlarda satılan «üçü birində» qəhvəsi kimi qarışıq bir şey olmaq ürək bulandırır.
Mənə elə gəlir ki, bütün bu hadisələrin baş verməsində Bakının havasının da günahı var. Havalar qızan kimi, çoxları küçələrə düşür. Qızdırmalı başda ağıl olmaz əfəndilər. Havadan söz düşmüşkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava xəbəri verən bölməsi bizi tez-tez aldadır. Deyirlər, yağacaq, səhər gün çıxır. Deyirlər, gün çıxacaq, səhər tufan qopur. Deyirlər, külək əsəcək, səhər görürsən ki, adam istidən bişir. Bu işin günahını mən müxalifətdə görürəm. Onlar aranı qarışdırıb Proqnozlar Bürosunun işinə əngəl olurlar. Mən bu prosesi uzun müddət müşahidə edəndən sonra bu qənaətə gəldim ki, hava haqqında verilən proqnoz bizim bəzi münəccimlərin bəzi qəzetlərdə yazdığı ulduz falı kimi bir şeydir. Məsələn, həmin münəccimlərin bəziləri bir neçə il bundan qabaq ulduzlara baxıb fal yazıb və indi o falın orasını-burasını dəyişib təkrar çap etdirir. Mənə bir neçə dəfə şikayət ediblər ki, bir adamın ulduz falı ayda iki dəfə təkrar olunur, yəni, eyni sözlər yazılır, amma heç biri düz çıxmır. Ay yoldaşlar, xalqın falına niyə düz baxmırsınız? Bir tərəfdən siz, bir tərəfdən də hava haqqında məlumat bizi aldadır. O biri tərəfdən də siyasətə qurşanmış «jurnalistlər». Bax, sizin dərdiniz məni öldürəcək…

1523 dəfə oxunub
18/05/2012 20:06:00 “Bu cür söhbətlər istənilən məşqçiyə pis təsir edir”
18/05/2012 20:04:00 “Real"dan gedə bilərəm”
18/05/2012 20:03:00 Bakıda yeni avtovağzal kompleksi tikiləcək
18/05/2012 20:00:00 Türkiyə – Azərbaycana qardaş və dost olan ölkə
18/05/2012 19:54:00 Nar Mobile abunəçilərinin nəzərinə
18/05/2012 18:25:00 Hüquq müdafiəçisi monitorinq keçirib
18/05/2012 18:14:00 “Amerika hökuməti Azərbaycandan keçməyəcək”
18/05/2012 17:26:00 Saxta mallar satan mağaza aşkarlandı
18/05/2012 17:20:00 Qarabağda itkin düşənlərlə bağlı qanun hazırlanacaq
18/05/2012 17:18:00 Çaylarımızdakı vəziyyət açıqlandı
18/05/2012 17:15:00 Şəkidə 4 bal gücündə zəlzələ oldu
18/05/2012 17:14:00 BDU-da Atatürkü anma, Gənclik və İdman Bayramı qeyd edilib
18/05/2012 17:10:00 “Eurovision”la bağlı paytaxtdakı qeydiyyatsız əcnəbilərə qarşı tədbirlər keçirilir
18/05/2012 17:08:00 “Bakı Kristal Zalı”nda motosikletli təmsilçi – FOTO
18/05/2012 16:10:00 Norveç və Makedoniyanın "Eurovision-2012" təmsilçiləri nərd oynayıb
18/05/2012 16:08:00 “Facebook” bu gündən səhmlərini satışa çıxarır
18/05/2012 16:06:00 Zəlzələ bölgəsində qəzalı evlərin söküntüsünə başlanılıb
18/05/2012 16:05:00 “Dağlıq Qarabağla bağlı hesabat üzərində iş gedir”
18/05/2012 16:03:00 Azərbaycanda seysmik enerjinin həcmi artıb
18/05/2012 15:14:00 «Qarapapaqlar» jurnalının beş illiyi qeyd ediləcək
18/05/2012 15:09:00 Müxalif gənclərin yürüş planı fərqli fikirlərə səbəb oldu
18/05/2012 15:02:00 Şura QHT layihələrini yalnız elektron formada qəbul edəcək
18/05/2012 14:59:00 Azərbaycanlı model ana oldu
18/05/2012 13:56:00 Avro həm dollar, həm də manat qarşısında dəyərsizləşir
18/05/2012 13:52:00 Səbail rayonunda polis 37 nəfəri saxlayıb
18/05/2012 13:39:00 «İran və Rusiya səfirliyi bütün tədbirlərə dırnaqarası yanaşırlar»
18/05/2012 13:25:00 Milli Məclisin yaz sessiyasının müddəti uzadılıb
18/05/2012 13:23:00 Müasir Azərbaycan təhsilinin inkişafında örnək
18/05/2012 13:21:00 Xanım deputatdan beynəlxalq təşkilatlara cavab
18/05/2012 13:20:00 Sahibə Qafarova: «Azərbaycanın uğuru hər birimizin uğurudur»
18/05/2012 13:17:00 Bakı Musiqi Akademiyası “Univision”un qalibi oldu
18/05/2012 13:15:00 “Baku Crystal Hall” 3D formatında nümayiş etdirilib
18/05/2012 13:11:00 Azərbaycanda əhalinin nə dərəcədə şüalanmaya məruz qaldığı öyrəniləcək
18/05/2012 13:09:00 Əli Həsənov: «Rusiya vətənə xəyanət edən Rəhim Qaziyevdən istifadə edib»
18/05/2012 13:07:00 FHN marketin yanması ilə bağlı məlumat yaydı – FOTO
18/05/2012 13:05:00 Yaponiya səfirliyinin əməkdaşları Tərtərdə olub
18/05/2012 13:02:00 Erməni mənşəli malları Azərbaycana Gürcüstandan alverçilər qrupu gətirir
18/05/2012 12:21:00 Bakının bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq
18/05/2012 12:19:00 “Bakı”nın ilk transferi
18/05/2012 12:18:00 ATƏT PA-nın 2014-cü ildəki illik yay sessiyası Bakıda keçiriləcək
18/05/2012 12:12:00 Nani "Mançester Yunayted"dən ayrılır
18/05/2012 11:32:00 Bakının məşhur marketində güclü yanğın
18/05/2012 11:23:00 Maliyyə Nazirliyi büdcə sənədini Milli Məclisə təqdim edib
18/05/2012 11:22:00 Təhsil Naziri 3 kollecin fəaliyyətini “kafi” qiymətləndirib
18/05/2012 11:19:00 Azərbaycanla Ermənistan arasında “duz döyüşü”
18/05/2012 11:18:00 Ermənilər atəşkəsi pozub
18/05/2012 11:13:00 Laçın rayonunun işğalından 20 il ötür
18/05/2012 11:12:00 Rayonlarda temperatur 33 dərəcəyə çatacaq
18/05/2012 11:10:00 “Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır
17/05/2012 20:15:00 Nağdsız ödənişlərlə bağlı xüsusi tədbirlər planı hazırlanıb



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb