Əhalinin 37 faizi internetdən istifadə edir
Əli Abbasov: «Bu il internet tariflərinin azaldılması istisna edilmir»
«2009-cu ildə Azərbaycanın informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində gəliri 1 milyard manatı ötüb». Bu barədə jurnalitstlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan əhalisinin 37 faizi internetdən istifadə edir: «Dünyada gəlirin 58-59 faizini İKT-nin payına düşür. Azərbaycanda isə gəlirin 60 faizi məhz bu sahənin payına düşü.Bu sahədə mobil operatorlar önəmli rol toynayır».
Azərbaycanda internetin qiyməti ucuzlaşsa da, sürətin artması ilə bağlı ciddi addım atılmayıb. Bu məsələni şərh edən nazir bildirdi ki, 2 il əvvəllə müqayisədə internetin qiyməti 7-8 dəfə ucuzlaşıb: «Xidmətin keyfiyyəti qənaətbəxş deyil. Aldığım məlumatlara görə, bəzi provayderlər internet istifadəçilərə 1 meqabit tutum verməlidirsə, həcm və sürət bundan 2-3 dəfə az olur».
Hökumət rəsmisi qeyd etdi ki, provayderlərin az xərc çəkməklə çox qazanmaq istəyi ilə yanaşı texniki itkilər də sürətin aşağı düşməsinə səbəb olur: «Telefon şəbəkəsi xətlərinin bəziləri səs ötürmək üçün nəzərdə tutulduğu halda, bundan internet üçün istifadə edilməsi internetin keyfiyyətinin azalmasına səbəb olur. Amma istənilən halda itki 10 faizdən çox olur».
Rabitə və informasiya texnologiyaları nazirinin sözlərinə görə, hər bir istifadəçi qrupuna münasib qiymət və keyfiyyət təklif olunur: «Yaxşı, sürətli internet almaq üçün daha çox xərc çəkmək lazımdır».
Nazir dedi ki, bu il də internet tariflərinin azaldılmasını istisna edilmir.
Əfsun





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər