NABUCCO kəmərinin yalnız Avstriya və Bolqarıstandan keçməsi, gücünün isə iki dəfə azaldılması təklif olunur. Buna səbəb kəmərin qazla təchizatında yaranmış problemlərdir. Xarici mətbuatın verdiyi xəbərə görə, konsorsium ilkin layihədən imtina etməyib.
Məlumatda tikintisinə 2012-ci ildə başlanmalı olan NABUCCO qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.
Əfsun