Hesabatı baş nazir Artur Rasizadə təqdim edib
Milli Məclisinin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2017-ci il üzrə hesabatı müzakirələrdən sonra səsə qoyulub. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, müzakirələr zamanı bir sıra təkliflər səsləndirən deputatlar ümumilikdə hesabatı müsbət dəyərləndirib, qəbuluna səs veriblər.
Qeyd edək ki, hesabatı baş nazir Artur Rasizadə təqdim edib.