Ucnoqta.az
www.ucnoqta.az

Bakıda piyadanı vurub öldürən avtobus sürücüsünə hökm oxunub

16:47 - 16 Mart 2018 tarixində dərc olunub.

Hökmə əsasən, C. Şirəliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ceyhun Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, C. Şirəliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyulun 13-də saat 20 radələrində Binəqədi rayonu ərazisində, Abşeron rayon sakini Ceyhun Şirəliyev idarə etdiyi "İsuzu" markalı xətt avtobusunu dayanacaqda arxaya verərkən Bakı şəhər sakini Eldar  Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən E.Kərimov orada ölüb.

Müəllif: