ABŞ-da əxlaqsızlıqda ittiham edilən daha bir müəllimə tutulub. Virciniya ştatındakı məktəblərdən birində dərs deyən gənc qadın şagirdlərinə intim mesajlar göndərməkdə ittiham edilir. 27 yaşlı Treysi Miller ən azı 5 oğlan şagirdinə "Snapchatt"dan çılpaq fotolarını göndərib. Fotolardan şagirdlərdən birinin anası xəbər tutaraq məktəb rəhbərliyinə müraciət edib. Müəllimə haqında araşdırma başlayıb və polis xəbərdar edilib. Polis bir fakt ilə bağlı araşdıma aparan zaman isə başqa bir şagirddə telefona gələn şəkilləri üzə çıxarıb. Gənc müəllimənin aylarla 5 şagirdə yüzlərlə foto göndərdiyi üzə çıxıb. Buna görə əvvəlcə işini itirən Treysini, sonradan polis də həbs edib. (İstiPress)