Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə kütləvi dava - yaralılar var

23:56 - 10 İyun 2026 tarixində dərc olunub.

Gəncədə kütləvi dava baş  verib.

Ucnoqta.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, dava zamanı Saday Nəzərov (2003), onun qardaşı Zöhrab Nəzərov ( 2005), qohumu Elvin Nəzərov (2006), Elşən Nəzərov ( 1990) və Sakit Nəzərov (1991) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Gəncədə yerləşən müxtəlif xəstəxanalara yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası