Ucnoqta.az
www.ucnoqta.az

Sürücü sükan arxasında öldü

23:03 - 10 İyun 2026 tarixində dərc olunub.

Bakıda sürücü sükan arxasında ölüb.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Davud Salman oğlu Salamov idarə etdiyi "Ford" markalı 90 JR 489 N-li avtomobildə ürək çatışmazlığından həyatını itirib.

Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası