Ucnoqta.az
www.ucnoqta.az

Paşinyanın partiyası ölkə xaricində keçirilən səsvermədə öndədir

23:32 - 7 İyun 2026 tarixində dərc olunub.

Ermənistan Baş naziri Nikol Paşinyanın hakim Vətəndaş Müqaviləsi Partiyası parlament seçkilərində ölkə xaricində keçirilən elektron səsvermə nəticələrinə liderlik edir.

Ucnoqta.az xəbər verir ki, səslərin sayılması Ermənistan Mərkəzi Seçki Komissiyasında onun rəhbəri Vaaqn Hovakimyanın iştirakı ilə aparılıb və canlı yayımlanıb. Məlumata görə, 410 seçicidən 330-unun dəstəyini qazanıb.

Ümumilikdə, 537 nəfərin elektron səsvermə hüququ olub. Bunlardan 410 seçici səsvermədə iştirak edib. 22 bülleten etibarsız hesab edilib. 330 vətəndaş Vətəndaş Müqaviləsi partiyasına, 13 nəfər Güclü Ermənistan blokuna və səkkiz nəfər Ermənistan blokuna səs verib", - deyə Hovakimyan bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası