Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə avtomobil ana və uşağını vurdu

18:38 - 2 İyun 2026 tarixində dərc olunub.

Mingəçevirdə avtomobil ana və uşağını vurub.

Hadisə bu gün saat 10 radələrində Mingəçevir şəhəri ərazisində qeydə alınıb.

İbrahim Şükürlü idarə etdiyi BMW markalı avtomobillə piyadalar 28 yaşlı Türkan Nəsirova və onun 2 yaşlı oğlunu vurub. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.///Lent.az

Müəllif: Ucnoqta.az redaksiyası