Ucnoqta.az
www.ucnoqta.az

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

17:33 - 2 İyun 2026 tarixində dərc olunub.

Bu il iyunun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 12 milyard 712,4 milyon ABŞ dolları təşkil edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bu, mayın 1-i ilə müqayisədə 2 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 14,6 % artıb.

Müəllif: Ucnoqta.az redaksiyası