Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın mövcud qərarları siyasiləşdirilib - Paşinyan

14:59 - 2 İyun 2026 tarixində dərc olunub.

Rusiyanın Ermənistana tətbiq etdiyi iqtisadi məhdudiyyətlər Ermənistan vətəndaşlarının qavrayışına mənfi təsir göstərə bilər və buna yol vermək olmaz.

Ucnoqta.az xəbər verir ki, bu açıqlamanı Baş nazir Nikol Paşinyan verib.

Baş nazir vurğulayıb ki, "Mənim məsuliyyətim Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ermənistan Respublikasında müsbət imicinin olmasını təmin etməkdir".

Paşinyan qeyd edib ki, məhdudiyyətlərdən imtina edilməlidir.

Eyni zamanda, siyasətçi sanitar standartlara riayət etməyin vacib olduğunu vurğulayıb, lakin o hesab edir ki, mövcud qərarlar siyasiləşdirilib.

Müəllif: Ucnoqta.az redaksiyası