Ucnoqta.az
www.ucnoqta.az

Tərbiyə məktəbin işidir, yoxsa ailənin?

12:28 - 2 İyun 2026 tarixində dərc olunub.

Bəzi valideynlərin özlərinin tərbiyəyə ehtiyacı var. Çünki övladına evdə düzgün tərbiyə verə bilməyən valideyn məktəbdə müəllimdən tərbiyə tələb edir. Məktəb tərbiyə ocağı deyil.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Əmrah Həsənli səsləndirib. Ekspert bildirir ki, Azərbaycan müəllimləri fədakardır:
"Azərbaycan müəllimi həm sözgötürəndir, həm şagirdinin yanında olandır, həm də tədris verəndir. Düşünmürəm ki, müəllimlərimiz tərbiyə məsələsinə siniflərdə toxunmurlar. Təbii ki, toxunurlar.  Bəzi müəllimlərin bir baxışı və yaxud da bir sözü, hərəkəti bizə böyük bir tərbiıyədir. Biz bunu örnək aldığımız müəllimlərdən görmüşük. Amma bu günkü gündə bəzi valideynlər düzgün tərbiyə vermədikləri övladlarını məktəbdə hansısa bir hərəkət etdikdə, intizamsızlıq edəndə məktəbin müəllimindən rəhbərindən tələb edirlər ki, "mənim uşağım niyə belədir?".

Əmrah Həsənli qeyd edir ki, müəllim tərbiyəni yarada bilməz:
"Sadəcə formalaşdıra bilər. Mövcud tərbiyəni cilalaya bilər. Valideyn öz məsuliyyətini dərk etməlidir".

Müəllif: Ucnoqta.az redaksiyası