Ucnoqta.az
www.ucnoqta.az

Texas ştatının Hyuston şəhərində 28 May – Müstəqillik Günü elan olunub

07:08 - 28 May 2026 tarixində dərc olunub.

ABŞ-ın Texas ştatının Hyuston şəhərində 28 May – Müstəqillik Günü münasibətilə xüsusi bəyannamə imzalanıb. 

Ucnoqta.az-ın ABŞ bürosu xəbər verir ki, Hyuston meri Con Uitmir (John Whitmire) tərəfindən imzalanan sənəddə 28 may 2026-cı il Hyuston şəhərində “Azərbaycan Müstəqillik Günü” elan olunub.

Bəyannamədə qeyd edilir ki, Hyustonda yaşayan azərbaycanlılar və Azərbaycan əsilli amerikalılar hər il Müstəqillik Gününü qeyd edir. Sənəddə həmçinin Hyuston ilə Bakı arasında uzun illərdir davam edən qardaşlaşmış şəhər münasibətlərinin mədəni və təhsil sahələrində əməkdaşlığa töhfə verdiyi vurğulanıb.

Meriyanın sənədində Hyustondakı Azərbaycan icmasının şəhərin multikultural mühitinə, qarşılıqlı anlaşmaya və dostluq münasibətlərinə verdiyi töhfələr xüsusi qeyd olunub. Eyni zamanda Azərbaycan Mərkəzinin və “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının fəaliyyəti yüksək qiymətləndirilib.

Sənəd Assosiasiyasının rəhbəri İradə Axundovaya təqdim olunub.

Vüsalə Abbasova

Müəllif: Ucnoqta.az redaksiyası