Ucnoqta.az
www.ucnoqta.az

Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır

14:22 - 27 May 2026 tarixində dərc olunub.

Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.

Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.

Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası