Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda it 61 yaşlı qadını dişlədi

16:13 - 5 May 2026 tarixində dərc olunub.

Abşeronda küçə iti qadına xəsarət yetirib.

Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Ənnağı Bünyadov küçəsindəki binalardan birinin həyətində qeydə alınıb.

Küçə iti 61 yaşlı Mələk Əliyevanı dişləyib. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, 61 yaşlı qadın mayın 5-i saat 07:10-da Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Baldır nahiyəsinin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Müəllif: Ucnoqta.az redaksiyası