Ucnoqta.az
www.ucnoqta.az

Tramp İranın yeni sülh təklifini qəbuledilməz adlandırıb

23:01 - 3 May 2026 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp Tehranın yeni sülh təklifini nəzərdən keçirdiyini və onu qəbuledilməz hesab etdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, o, İsrail dövlət televiziyası Kan-a verdiyi müsahibədə "İranın yeni təklifini nəzərdən keçirdim və bu, mənim üçün qəbuledilməzdir" deyib.

ABŞ prezidenti əlavə edib ki, onun fikrincə, kampaniya çox yaxşı gedir.

Müəllif: Ucnoqta.az redaksiyası