Ucnoqta.az
www.ucnoqta.az

Taylandda helikopter qəzaya uğrayıb

09:41 - 3 May 2026 tarixində dərc olunub.

Taylandın Samut Prakan əyalətində baş verən helikopter qəzasında bir neçə nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "The Bangkok Post" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, helikopter bazar günü səhər Muang rayonundakı yanacaqdoldurma məntəqəsinin arxasında qəzaya uğrayıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

İtkilərin dəqiq sayı hələ müəyyən edilməyib. Qəzanın səbəbi də hələlik məlum deyil.

Müəllif: Ucnoqta.az redaksiyası