Ucnoqta.az
www.ucnoqta.az

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

20:03 - 1 May 2026 tarixində dərc olunub.

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Ucnoqta.az xəbər verir ki, Ramin Qurban Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin əvvəlki mətbuat katibi Vüqar Hüseynov bu gün vəzifəsindən azad edilib.

Vüqar Hüseynov artıq yeni vəzifəyə təyinat alıb. Belə ki, o, elə bu gün Həmkarlar İttifaqı Konfederasiyasında mətbuat katibi kimi fəaliyyətə başlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası