Ucnoqta.az
www.ucnoqta.az

“Neftçi” qələbə qazandı - "Sabah" çempion oldu

21:58 - 30 Aprel 2026 tarixində dərc olunub.

Bu gün Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış "Neftçi" "Qarabağ" oyunu keçirilib.

Ucnoqta.az xəbər verir ki, oyun ağ-qaraların 2:1 qələbəsi ilə yekunlaşıb.

Matçda qolları “Neftçi”dən Emil Səfərov və Bassala Sambou vurub.

"Qarabağ"ın yeganə qolunun müəllifi "Neftçi"nin müdafiəçisi Elvin Bədəlov olub.

Bu qələbə nəticəsində "Neftçi" turnir cədvəlində 4-cü yerə yüksəlib. 
Bu oyunun nəticəsinə görə, "Sabah" tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının çempionu olub.

Müəllif: Ucnoqta.az redaksiyası