Ucnoqta.az
www.ucnoqta.az

Aİ Gürcüstanla dialoqa ehtiyac olduğunu qəbul edir

00:02 - 30 Aprel 2026 tarixində dərc olunub.

Avropa İttifaqı Gürcüstanla dialoqa ehtiyac olduğunu qəbul edib, lakin Brüssel bürokratiyasında dialoqun bərpası ilə bağlı fikir ayrılıqları var.

Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Gürcüstan İctimai Yayımçısının Birinci Kanalına verdiyi müsahibədə bildirib.

"Aİ bürokratiyasında müəyyən yanaşmalar və istəklər dəyişib. Onlar Gürcüstanla dialoqun zəruri olduğunu qəbul edirlər, lakin görünür, dialoqun necə bərpa olunacağı ilə bağlı fikir ayrılıqları var", - Boçorişvili bildirib.

Xarici işlər naziri qeyd edib ki, Gürcüstanın mövqeyi aydındır: Tbilisi Brüssel ilə dialoqu dayandırmayıb və bunun üçün heç bir səbəb yaratmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası