Ucnoqta.az
www.ucnoqta.az

"Neftçi" 13 min manat cərimələndi

15:51 - 29 Aprel 2026 tarixində dərc olunub.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul edilib. Belə ki, Misli Premyer Liqasının XXIX turunda "Neftçi" "Qarabağ" oyununun 90+3-cü dəqiqəsində komandanın azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb. Bu hal cari mövsümdə altıncı dəfə təkrarlandığına görə "ağ-qaralar" 5 000 manat ödəyəcək.

Bundan əlavə, fanatlar kütləvi şəkildə təhriqamiz ifadələr səsləndirdikləri üçün klubu 8 000 manat ziyana salıblar. Bu hal mövsümdə səkkizinci dəfə yaşanıb.

"Qarabağ" isə tərəfdarların pirotexniki vasitədən istifadəsinə görə 7 000 manat cərimələnib.

Müəllif: Ucnoqta.az redaksiyası