Ucnoqta.az
www.ucnoqta.az

Müxalifət Sandunu dövlətə xəyanətdə ittiham etdi

13:01 - 29 Aprel 2026 tarixində dərc olunub.

Moldova müxalifəti prezidenti dövlətə xəyanətdə ittiham edib

Ucnoqta.az xəbər verir ki, bu bəyanat keçmiş baş nazir Vladimir Filatın rəhbərlik etdiyi Avropayönlü Liberal Demokrat Partiyası tərəfindən verilib.
Müxalifət prezident Maya Sandunu Moldova məhkəməsi tərəfindən məxfi məlumatların sızdırılmasına görə 1,5 il həbs cəzasına məhkum edilmiş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (KTX) keçmiş rəis müavini Aleksandru Balanın Belarusa köçürülməsi ilə əlaqədar olaraq "qəsdən xəyanətdə" ittiham edib.

Bir gün əvvəl Sandu Rusiya vətəndaşı Nina Popova və Balanı Moskvada həbs olunmuş iki Moldova kəşfiyyat zabiti ilə dəyişdirdiyini açıqlamışdı.

Müəllif: Ucnoqta.az redaksiyası