Ucnoqta.az
www.ucnoqta.az

14 yaşlı qızla 19 yaşlı oğlan hamamda dəm qazından boğuldu

12:03 - 29 Aprel 2026 tarixində dərc olunub.

Bakıda iki nəfər evdə dəm qazından zəhərlənib.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova kirayədə yaşadıqları Xətai rayonu R.Bağırov küçəsi ev 30-un hamam otağında dəm qazından zəhərləniblər.

Y.Atalay hadisə yerində ölüb, T.Bəkirova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası