UEFA Çempionlar Liqasının yarımfinalında "PSJ" və "Bayern" komandaları arasında keçirilən oyundan sonra baş məşqçilər arasındakı dialoq diqqət çəkib.
Ucnoqta.az xəbər verir ki, 5-4 hesabı ilə yekunlaşan oyundan sonra qarşılaşan PSJ-nin baş məşqçisi Luis Enrike "Bavariya"lı həmkarı Vinsent Kompaniyə belə deyib:
-Orada oturmuşdunuz. Bizim düzülüşümüzü gördünüz. Bəyəndinizmi?
Cəza səbəbindən tribunada olan Vinsent Kompani: Xeyr, bəyənmədim! - cavabını verib.
Matçdan sonra hər iki məşqçi Çempionlar Liqasının yarımfinalında rekord sayda qol vurulmasından məyus olmadıqlarını bildirib və hər iki komandanın möhtəşəm futbol oynadığını qeyd edib.