Ucnoqta.az
www.ucnoqta.az

BƏƏ OPEC-dən çıxdıqdan sonra neft hasilatını artırmayacaq

10:41 - 29 Aprel 2026 tarixində dərc olunub.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC və OPEC+-dan çıxdıqdan sonra neft hasilatını artırmayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə BƏƏ-nin Energetika və İnfrastruktur naziri Süheyl Əl-Məzrui CNBC-də bildirib.

"Bu qərar istehsalı artırmaq üçün verilməyib. Bu, bütün istehsalçılar üçün vaxtında verilən siyasi qərardır. Sabah hasilatı artıracağıqmı? Xeyr", - deyə o bildirib.

Əl-Məzrui əlavə edib ki, BƏƏ məsuliyyətli istehsalçı olaraq qalacaq.

Müəllif: Ucnoqta.az redaksiyası