Ucnoqta.az
www.ucnoqta.az

Tarixi abidədə restoran fəaliyyətə başladı – İkiüzlü yanaşma

10:15 - 29 Aprel 2026 tarixində dərc olunub.

Həm tarixi abidə, həm də müasir incəsənət nümunəsi hesab edilən Nizami Kino Mərkəzinin eyvanında restoran fəaliyyətə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev paylaşım edib.

“Mədəniyyətə maraqlı yanaşma: dövlət tərəfindən qorunan memarlıq abidəsi, “Nizami” kinoteatrının eyvanında qanunsuz restoran açdılar və sonra adını “Mədəniyyət” qoydular.
Reallığımızın ikiüzlülüyünün heç bir həddi yoxdur!” - təcrübəli memar qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası