Ucnoqta.az
www.ucnoqta.az

Pakistan çoxməqsədli raket sistemini uğurla sınaqdan keçirib

08:42 - 29 Aprel 2026 tarixində dərc olunub.

Pakistan 400 km mənzilli "Fətah-2" çoxməqsədli raket sistemini uğurla sınaqdan keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistan silahlı qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr şöbəsi (ISPR) məlumat verib.

Məlumata görə, qabaqcıl avionika və müasir naviqasiya vasitələri ilə təchiz olunmuş raket sisteminin uğurlu təlim sınağı raket qüvvələrinin döyüş qabiliyyətlərini artırmağa yönəlib.

Mətbuat açıqlamasına görə, dəqiqliyi və sağ qalma qabiliyyətini artırmaq üçün daxil edilmiş bir neçə alt sistemin müxtəlif texniki parametrləri və xüsusiyyətləri sınaqdan keçirilib.

Müəllif: Ucnoqta.az redaksiyası