Ucnoqta.az
www.ucnoqta.az

Kollecin yeni direktoru kollektivə təqdim olunub

11:56 - 27 Aprel 2026 tarixində dərc olunub.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyin edilən direktor Səbuhi Qurbanov kollektivə təqdim olunub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, Səbuhi Qurbanov bakalavr təhsilini Bakı Dövlət Universitetində “Riyaziyyat” ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə alıb.

O, əmək fəaliyyətinə Şəki şəhər 11 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. Daha sonra həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 nömrəli tam orta məktəbdə direktor vəzifələrində çalışıb, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi kimi fəaliyyət göstərib.
Səbuhi Qurbanov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Qeyd edək ki, Səbuhi Qurbanov 2025-ci ildən son təyinatadək Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 

Müəllif: Ucnoqta.az redaksiyası