Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşdü

19:16 - 26 Aprel 2026 tarixində dərc olunub.

Cəlilabadda Zopun kəndi ərazisində “Vaz 2106” və “Lada” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşüb.

Ucnoqta.az xəbər verir ki, qəza nəticəsində 2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev, 1977-ci il təvəllüdlü Zaur Tahirov, 1999- cu il təvəllüdlü Yusif Nəzərov və 2012-ci il təvəllüdlü Həzrətəli Tahirov xəsarət alıblar.///Apa

Müəllif: Ucnoqta.az redaksiyası