Ucnoqta.az
www.ucnoqta.az

Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI

16:29 - 24 Aprel 2026 tarixində dərc olunub.

Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlandı.

Ucnoqta.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zemfira Sevdimalı sosial şəbəkə hesabında paylaşım edib. 

Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanaraq namizədlərin şəxsi səhifələrinə göndərilmişdir.

30 aprel tarixindən etibarən test imtahanı mərhələsindən uğurlu keçmiş namizədlər üçün müsahibə mərhələsinə başlanılması nəzərdə tutulur. Müsahibələr müvafiq regional təhsil idarələri tərəfindən keçiriləcək, müsahibənin tarixi və məkan ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifəsinə göndəriləcəkdir. 

Müəllif: Ucnoqta.az redaksiyası