Ucnoqta.az
www.ucnoqta.az

Qəzzanın PHS-lərdən təmizlənməsi 541 milyon dollara başa gələcək

14:33 - 24 Aprel 2026 tarixində dərc olunub.

Fələstin anklavının yenidən qurulmasına mane olan Qəzza zolağını partlamamış hərbi sursatlardan (PHS) təmizləmək 541 milyon dollara başa gələcək.

Ucnoqta.az bildirir ki, bu qiymətləndirməni BMT-nin işğal olunmuş Fələstin ərazilərindəki mina təmizləmə proqramının rəhbəri Julius Van der Uolt verib.

Onun sözlərinə görə, PHS anklav sakinlərinin həyatı üçün gündəlik təhlükə yaradır və onun yenidənqurma prosesinin başlanmasına mane olur.

O, Cenevrədə keçirilən brifinqdə bildirib ki, təkcə Qəzzada PHS-in yaratdığı təhlükəni aradan qaldırmaq üçün təxminən 541 milyon dollara ehtiyacımız var.

BMT-nin hesablamalarına görə, PHS anklavda hər 600 metrdə aşkar edilir.

Müəllif: Ucnoqta.az redaksiyası