Ucnoqta.az
www.ucnoqta.az

Qan Donorluğunun İnkişafı Mərkəzinə yeni mətbuat katibi təyin edilib

13:07 - 24 Aprel 2026 tarixində dərc olunub.

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzində (AQDİM) yeni kadr təyinatı olub.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı İdarə Heyəti müvafiq qərar qəbul edib.

Belə ki, Orxan Kərimov Mərkəzin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri – mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Orxan Kərimov uzun illər ölkənin aparıcı xəbər saytlarında müxbir və redaktor kimi fəaliyyət göstərib, bir sıra dövlət və özəl qurumlar tərəfindən mükafat və təltiflərə layiq görülüb.

Müəllif: Ucnoqta.az redaksiyası