Avstraliyalı aktrisa Nikol Kidman "Vogue China" üçün açıq-saçıq geyimlərdə poza verib.
Ucnoqta.az xəbər verir ki, postlar jurnalın İnstaqram səhifəsində dərc olunub.
Çəkiliş üçün 58 yaşlı məşhur buddan yuxarı kəsikli qara maksi don geyinib. O, həmçinin muncuqlu mini don və hündürdaban sandaletlərdə müxtəlif bucaqlardan bədən quruluşunu nümayiş etdirərək fotosessiyaya çəkilib.
Ulduz həmçinin narıncı qısa xəz palto və bej şalvar və torlu mavi don geyinib.