ABŞ prezidenti Donald Tramp Kral III Çarlzın səfərinin son zamanlar xeyli pisləşən ABŞ-Böyük Britaniya münasibətlərinin yaxşılaşdırılmasına kömək edəcəyinə əminliyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Ağ Ev rəhbəri BBC-yə verdiyi müsahibədə bu məsələ ilə bağlı birbaşa suala cavab olaraq bildirib.
""Mütləq. O, fantastikdir. O, fantastik insandır. Əlbəttə ki, bəli. Mən onu yaxşı tanıyıram, illərdir tanıyıram. O, cəsur, böyük insandır. Bu, şübhəsiz ki, müsbət hal olacaq", - deyə Amerika lideri əlavə edib.
III Çarlzın və həyat yoldaşı Kraliça Kamillanın ABŞ-a dövlət səfəri 27-30 aprel tarixlərinə planlaşdırılıb.