Ucnoqta.az
www.ucnoqta.az

Tokio Ər-Riyadla razılığa gəldi - Neft tədarükü...

08:10 - 23 Aprel 2026 tarixində dərc olunub.

Tokio və Ər-Riyad Hörmüz boğazından keçəcək alternativ neft tədarükü marşrutu barədə razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, Kyodo Xəbər Agentliyinin məlumatına görə, razılaşma Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud arasında telefon danışıqları zamanı əldə edilib.

Kyodo hökumət mənbələrinin məlumatına görə, iki lider alternativ marşrutun Qırmızı dənizdən keçəcəyi barədə razılığa gəliblər.

Müəllif: Ucnoqta.az redaksiyası