Ucnoqta.az
www.ucnoqta.az

Sərxoş sürücü həbs olundu

12:53 - 22 Aprel 2026 tarixində dərc olunub.

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Ford” markalı, 99-CR-636 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şahin Rzayev saxlanılıb.

DYP-dən Ucnoqta.az-a verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Ş.Rzayevin sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunub.

Sürücü barəsində törətdiyi əmələ görə inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Rzayev 10 sutka inzibati qaydada həbs edilib.

Müəllif: Ucnoqta.az redaksiyası