Ucnoqta.az
www.ucnoqta.az

Hörmüz boğazında konteyner gəmisinə hücum edilib

09:54 - 22 Aprel 2026 tarixində dərc olunub.

Hörmüz boğazının sularında konteyner gəmisinə hücum edilib və heyət təhlükəsizdir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat verib.

Mərkəzdən verilən məlumata görə, konteyner gəmisinin kapitanı bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusuna (İran Silahlı Qüvvələrinin elit bölməsi) məxsus bir qayıq gəmiyə yaxınlaşaraq atəş açıb. Qayığın heyətinin gəmidəkilərlə radio əlaqəsi qurmağa cəhd etmədiyi iddia edilir.
Yanğın və ya ətraf mühitə ziyan dəyməyib.

UKMTO qeyd edib ki, hücum nəticəsində ticarət gəmisinin körpüsünə ciddi ziyan dəyib.

Müəllif: Ucnoqta.az redaksiyası