Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallas 26 Aİ ölkəsinin Gürcüstana qarşı sanksiyaları dəstəkləməyə hazır olduğunu, lakin üzv dövlətlərdən birinin onları blokladığını bildirib.
Ucnoqta.az xəbər verir ki, o, Lüksemburqda Aİ Xarici İşlər Nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
"Əgər ümumi əhval-ruhiyyə barədə soruşursunuzsa, mən müsbət cavab verə bilərəm. Məsələn, müxalifətə və ya azad mediaya qarşı hərəkətlər edənlərə qarşı sanksiyalar tətbiq etməyi təklif etdiyimiz zaman 26 ölkə bizi dəstəklədi və yalnız bir ölkə bizə qarşı çıxdı", - deyə Kallas vurğulayıb.