Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda "Son Zəng" tarixi dəyişdi

20:51 - 21 Aprel 2026 tarixində dərc olunub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) müvafiq təlimatına əsasən, bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi "Son Zəng" tədbiri iyunun 13-də keçiriləcək.

Bu barədə Ucnoqta.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, "Son Zəng" tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.

Qeyd edək ki, son zəng tədbiri, adətən iyunun 14-ü keçirilir.

Müəllif: Ucnoqta.az redaksiyası