Ucnoqta.az
www.ucnoqta.az

Bakı metrosu açıldı

15:03 - 21 Aprel 2026 tarixində dərc olunub.

Bakı metrosunun fəaliyyəti tam bərpa edilib.

Ucnoqta.az xəbər verir ki, saat 15:00-dan etibarən stansiyaların qapıları açılıb və sərnişinlər içəri buraxılıb.
Qeyd edək ki, Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilmişdi.

Bu gün günorta saatlarında Bakı metrosunun “Ulduz” - “Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Bu səbəbdən qatarların bütün stansiyalarda girişə məhdudiyyət tətbiq edilib və sərnişinilərin təxliyəsi həyata keçirilib.

Müəllif: Ucnoqta.az redaksiyası