Ucnoqta.az
www.ucnoqta.az

Metro xəttinin altından avtomobil yolu keçəcək - Bakıda nəhəng layihə

10:12 - 21 Aprel 2026 tarixində dərc olunub.

 

"Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək".

Ucnoqta.az xəbər verir ki, bu barədə AzTV-yə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

"Şəhərin "Ulduz" və "Koroğlu" metro stansiyalarına yaxın ərazisində böyük nəqliyyat gərginliyi aradan qalxır. Yeni bir qovşaq yaranır. Bu qovşaq həm avtomobil yolunu, həm metronu, həm də dəmir yolu xəttini özündə ehtiva edir", - deyə o əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası